
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunlarındakı mübahisəli epizodları şərh edib.
Sport1.az xəbər verir ki, komitə sədri "Sabah" - "Qarabağ" matçındakı iki epizodu dəyərləndirib.
Həsənov Mateuş Koxalskiyə göstərilən qırmızı vərəqə və sonuncu dəqiqədə penalti şübhəsi olan epizodda hakimin düzgün qərar verdiyini bildirib.
Həmin videonu diqqətinizə çatdırırıq: