
Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə doğma meydanda "Sabah" - "Qarabağ"ı məğlub etdi - 2:1.
Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların qolkiperi Fabian Buntiç jurnalistlərin suallarını cavablandırdı:
- Oyun haqqında fikirləriniz?Necə bir qarşılaşma oldu?
- "Sabah"la oyunlarımız həmişə olduğu kimi, yenə açıq futbolla başladı. Hesab edirəm ki, qırmızı vərəqədən sonra oyunun gedişatını bir az dəyişə bildik. Çünki "Sabah"la son oyunlardakı uğurlu nəticələrimiz bizə müəyyən psixoloji üstünlük və momentum qazandırıb. Çox ağır və yaxşı mübarizə apardıq, önə keçdik. Müdafiədə pis oynamadıq, sadəcə buraxdığımız ilk qolda bəxtimiz gətirmədi. Bəzən belə vəziyyətləri izah etmək çətindir.
- Penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Hamı hər şeyi gördü. Bu barədə danışmaq istəmirəm.
- Komanda yoldaşın, qapıçı Mateuş Koxalski qırmızı vərəqə aldı və sən məsuliyyəti üzərinə götürərək oyuna daxil oldun. Buna hazır idin?
- Nəyin nə vaxt baş verəcəyini heç vaxt bilmirsən. Hər dəqiqə, hər an hazır olmalıyıq. Əlbəttə, ehtiyat qapıçı üçün oyuna bu cür daxil olmaq həmişə sürpriz olur. Amma həmişə hazır görünməyə çalışırıq.
- Meydandakı gərginlik haqqında nə deyə bilərsən?
- Nəsə deməyə ehtiyac duymuram və deməyəcəyəm də. Hər kəsə uğurlar.
MƏHƏMMƏD HÜSEYNOV