15:51 1.03.2026 145

Bitməyən hakim səhvləri, yersiz VAR müdaxilələri

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi. Baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və “Neftçi”nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn “siqnal”la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.


Buna bənzər epizod 16-cı turda “Karvan-Yevlax”la görüşdə də yaşanmışdı. Birinci hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə “Neftçi”nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun “havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini”, dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.


“Şamaxı” – “Neftçi” görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, əllərindən görmədiyi rəqibə qarşı qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə “Şamaxı” ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.


Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən “səssiz” yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı... Maraqlıdır ki, “Neftçi”nin qapısında gördüyü son 4 topu məhz hakimlər “vurub”. Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən “Karvan-Yevlax” oyunundakı penalti, “Kəpəz”lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və “Şamaxı” ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin “gözündən yayınan” az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən “Neftçi”nin qapısına qol vurulur.


Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.


Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.


Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.


“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:46

Niderland millisinin üzvü A Seriyasında çıxış edə bilər

23:58

“Arsenal” 8 futbolçusu ilə yollarını ayıra bilər

23:37

Millimiz Avropa çempionu oldu

22:58

Taekvondoçumuz Roma Qran-Prisininin qalibi olub

22:34

İraola rəsmən “Liverpul”da

21:56

“Ayın qolu” layihəsinin qalibləri bəlli olub

21:31

Ayxan Abbasov: “Elvin Cəfərquliyev Azərbaycan üçün vacib oyunçudur”

20:57

Emil Balayev: “3 ildən sonra yenidən yığmada olmaq məni sevindirir”

20:26

Siyasət Əsgərov: “İrəli xətdə hər kəsdən qol gözləyirik“

20:23

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib

19:56

Bundesliqadan Premyer Liqaya

19:30

Premyer Liqa klubunda yeni təyinat

19:09

10 cüdoçumuz Avropa Açıq Turnirində iştirak edəcək

18:38

Super Liqa klubunda ayrılıq - RƏSMİ

18:26

“Karvan-Yevlax”dan ayrıldı, İsrail klubuna keçdi - RƏSMİ

17:55

"Karvan-Yevlax" bu futbolçunu yola saldı

17:51

"Qarabağ" 500 min avroya qapıçı transfer edir - İDDİA

16:45

"Sabah" futbolçusu ilə yeni müqavilə imzaladı

16:40

Bundesliqa təmsilçisində yeni baş məşqçi

16:35

Kapitanı "Qəbələ"ni tərk etdi - RƏSMİ

15:43

Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya enib

15:36

“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv qəbul edildi

15:15

PSJ-nin qələbəsindən sonrakı xaos: Fransada 65 nəfər mühakimə olunur

14:56

"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu öldü

14:21

"Sabah" kapitanı ilə vidalaşdı - RƏSMİ

14:12

Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirdi

13:51

Arda Gülərin 65 metrdən vurduğu qol La Liqada mövsümün ən yaxşısı seçildi

13:22

Bu futbolçu Yevlaxdan İsrail klubuna keçdi

13:07

Azərbaycan təmsilçiləri Roma Qran-prisində çıxış edəcəklər

12:36

Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurdu

12:20

"Şamaxı" braziliyalı futbolçusunu yola saldı - RƏSMİ

12:04

La Liqanın ən yaxşı baş məşqçisi odur

11:40

Lamin Yamal ardıcıl ikinci dəfə dünyanın ən bahalı futbolçusu seçilib

11:19

Addaidən “Qarabağ” paylaşımı

10:45

"Arsenal"ın müdafiəçisi "Real"ın hədəfində

10:33

İtaliya millisi 114 il sonra

10:12

UEFA pley-off qaydalarını dəyişdi

09:40

UEFA klubların yeni reytinqini açıqladı

09:29

İtaliya millisindən çətin qələbə

09:07

Niderland öz meydanında Əlcəzairə uduzdu

00:24

Millimiz Avropa Çempionatının finalında

23:50

Yığmamızın Malta oyunu öncəsi mətbuat konfransı və məşqin saatı dəyişdi

23:26

“Qarabağ” beynəlxalq turnirdə çıxış edəcək

22:42

Millimiz Dünya Kubokunun pley-in mərhələsində

21:57

La Liqa: Mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşdi

21:30

Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb

20:58

“Trabzonspor”un hücumçusu Yunanıstan klubunda - RƏSMİ

20:33

FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib

20:20

Millimiz Dünya Kubokunda növbəti qələbəsini qazanıb

19:55

“Nyukasl”da yeni müqavilə

19:33

“Napoli” Hoylundla bağlı qərarını verdi - RƏSMİ

19:05

I Liqa klubunda yeni təyinat - RƏSMİ

18:38

Millimizin üzvləri Sumqayıtda şagirdlərlə görüşüb

18:23

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

17:57

Azərbaycan Güləş Federasiyasında iclas

17:43

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli oldu

17:22

Vlahoviç “Yuventus”dan ayrılır

16:34

AFFA üç kluba texniki məğlubiyyət verdi

16:21

Azərbaycan təmsilçisi İsveçdə beynəlxalq turnirdə

15:44

Azərbaycanın millisi Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq

15:32

"Gəncə"nin voleybolçusu Ukrayna millisinə dəvət aldı

15:09

Azərbaycan təmsilçiləri Uralsk reqatasını medallarla başa vurdular

14:24

Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu

14:07

AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

14:02

Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi

13:40

"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi

13:27

İngiltərə klubu 4 futbolçu ilə vidalaşdı

13:06

“Qəbələ”dən ayrılan futbolçunun paylaşımı

12:44

Konate DÇ-2026-dan əvvəl qərar vermək istəyir

12:22

Keyn yenidən "Barselona"nın hədəfində