
“Qarabağ” futbol klubu yeni sponsorla əməkdaşlığa başlayıb.
Spor1.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Türkiyənin tanınmış “Ülker” brendi ilə müqavilə imzalayıb.
Razılaşmaya əsasən, şirkətin loqosu komandanın formasının sol qol hissəsində yer alacaq.
Qeyd edək ki, bu gün keçirilən “Sabah” – “Qarabağ” oyununda (3:1) artıq sözügedən brendin loqosundan istifadə olunub.