17:06 5.04.2025 793

İntizamsız İntizam Komitəsi - ARAŞDIRMA

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşlərində maraqlı hadisələr yaşandı.

"Araz-Naxçıvan" - "Qarabağ" matçında Qurban Qurbanov penalti epizoduna etiraz edərək əlindəki planşeti təpik vuraraq sındırdı. "Neftçi" - "Sabah" matçından sonra qonaqların çalışdırıcısı Vasiliy Berezutski mətbuat konfransında VAR hakimini tənqid edərək zalı tərk etdi.

Bir çox media mənsubu gözləyirdi ki, AFFA İntizam Komitəsi hər iki şəxsi cəzalandıracaq. Lakin qurum bu addımı atmadı. Daha sonra həmkarlarımız İntizam Komitəsinin rəhbəri Erkin Hüseynova müraciət edərək cəzaların verilməməsinin səbəbini soruşub. Mən oxuduğum 2 fərqli açıqlamanı diqqətinizə çatdıracam.

Report İnformasiya Agentliyi planşetini sındıran Qurban Qurbanovun niyə cəzalandırılmadığını Erkin Hüseynovdan soruşub. Cavab belə olub:

"O, öz planşetini sındırıb. Təpiklə sındırdığı planşetin hissələri meydana düşsəydi, kiməsə dəysəydi, cəza veriləcəkdi. Heç kimə xətər yetirmədi, oyun dayanmadı, hakim tərəfindən sarı və ya qırmızı vərəqə də verilmədi. İntizam Komitəsi AFFA nümayəndəsi və referinin yazdıqlarına əsasən qərar çıxarır. Nəyə əsasən cəza verək? Apellyasiya şikayəti versəydilər, udacaqdılar. Bəzi şeylər var ki, cəza düşür, bəziləri isə düşmür. Biz İntizam Məcəlləsinə əsasən qərarları açıqlayırıq".

Gəlin, bu məsələni aydınlatmaq üçün İntizam Məcəlləsinə baxaq. Görək burada planşetin sındırılması ilə bağlı nəsə var? İntizam Məcəlləsinin 40-cı maddəsi olan Təcavüzkar davranışın 40.4-cü bəndində qeyd olunub:

"Rəqibin texniki zonası istiqamətində və yaxud azarkeşlərə, eləcə də meydana tərəf qəsdən hər hansı kənar əşya atmış futbolçu 2 oyun matçlardan kənarlaşdırılır və klub 2000 (2 min) cərimə edilir".

Qurban Qurbanov kənar əşyanı azarkeşlər istiqamətinə vurub? Əşya kiməsə dəyə bilərdi? Qəsdən edib? Təbii ki... Çünki Qurban Qurbanov yeriyəndə ayağı planşetə dəyməyib. Əlindəki əşyaya zərbə endirib. Bu hərəkət qəsdən edilmiş olur. Nə qaldı? Qurban Qurbanov futbolçu deyil? İntizam Məcəlləsində buna da yer verilib. Təcavüzkar davranış maddəsinin 40.11-ci bəndində deyilir:

"Analoji hadisələr rəsmi şəxslər tərəfindən törədildikdə, yuxarıda göstərilən cəzalar rəsmi şəxslər üçün futbolçulara verilən cəzadan 2 oyun, cərimələr isə 50 faiz artıq hesablanır".

Yəni, Qurban Qurbanov planşeti təpiklə vuraraq sındırdığı üçün 4 oyunluq cəzalanmalı, 3000 (3 min) cərimə edilməli idi. Amma İntizam Komitəsi bunu etmədi.

Keçək, ikinci məsələyə. Azərbaycan Kubokunun yarımfinalının ilk oyununda "Sabah" səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdi. Oyundan sonra ancaq görüş haqda fikirlərini səsləndirən Vasiliy Berezutski mətbuat konfransını tərk edib:

"Uşaqlara afərin, yaxşı mübarizə apardılar. 11 nəfər futbolçuya və 3 hakimə qarşı mübarizə apardılar. Sanki VAR-da hakim yoxdur. Oyun barəsində bu qədər danışa bilərəm, vəssalam".

Bu məsələ ilə bağlı "Futbol+" qəzeti Erkin Hüseynovdan açıqlama alıb. İntizam Komitəsinin sədrinin cavabına baxın:

“Mənim işim həddən artıq çoxdur. Təkcə İntizam Komitəsinin sədri deyiləm, SOCAR-da da çalışıram. Hər sualı cavablamağa vaxtım yoxdur. İntizam Komitəsində verilən qərarların hər biri doğrudur. Həmin qərarlar da İntizam Məcəlləsində yer alıb. Hər şeyə görə cərimə verilmir. Baş məşqçi məcburdur ki, bir saat otursun, jurnalistlərin boş-boş suallarına cavab versin? Mən artıq yoruluram. İntizam Məcəlləsini əldə edin, baxın və konkret nə lazımdırsa, məktubla müraciət edin”.

Erkin müəllimin sözünə qulaq asaq. Görək, İntizam Məcəlləsində bu məsələ ilə bağlı nə var? Gəlin, 57-ci - Məşqçilərin mətbuat konfrans iştirakı maddəsinə nəzər yetirək. 57.2-ci bənddə deyilir:

"Mətbuat konfransında iştirak edən baş məşqçi hakimin idarəçiliyi haqda qeyri-etik ifadələr işlədərsə, hakimləri təhqir edər, böhtan atar və ya onları hədələyərsə, o matçlardan 2 oyun kənarlaşdırılır, klub 2000 (2 min) manat cərimələnir".

Berezutskinin açıqlamasında cəzalanmalı məqam var? Bəli. Berezutski deyib ki, bu gün futbolçuları "Neftçi"yə və 3 hakimə qarşı mübarizə apardılar. Yəni, hakimlər meydan sahiblərinə kömək edirdilər? Bu, böhtan deyil?

Erkin müəllim, İntizam Məcəlləsinə baxdıq. Gördük ki, Komitənin həm Qurban Qurbanova, həm də Vasiliy Berezutskiyə cəza verməyə gücü çatmayıb. Gördük ki, İntizam Komitəsi intizamsızlıq edib.

Sizin 2 işdə işləməyiniz bizim problemimiz deyil. Yorulursunuzsa, 1 yerdə çalışın. Ya İntizam Komitəsinə, ya da SOCAR-ın Sosial İnkişaf İdarəsinin Anbar Təsərrüfatı şöbəsinə rəislik edin. Amma bizə minnət vurmayın.

Futbolçular, məşqçilər intizamsızlıq edəndə sizin komitə onları cəzalandırır. Bəs İntizam Komitəsinin sədrini mediaya etik olmayan ifadələr səsləndirdiyi üçün kim cəzalandıracaq?

İLKİN SULTANLI
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?