son dəqiqə SON DƏQİQƏ
“Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir?

Frank De Blekere “Qarabağ” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodları şərh edib

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 24-04-2025, 18:44

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutan cavab oyununda qeydə alınan mübahisəli epizodları şərh edib.

Sport1.az xəbər verir ki, o, qarşılaşmanın 44-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində sarı vərəqə alan Yassin Benziyanın cəzalanmasının doğru qərar olduğunu söyləyib:

"Yassin Benzia meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir. Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".

Təcrübəli mütəxəssis 64-cü dəqiqədə "Araz-Naxçıvan"ın futbolçusunun yerə yıxılmasından sonra "Qarabağ"ın qol vurmasının qaydalar çərçivəsində olduğunu bildirib:

"Sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur. VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir".

Frank De Blekere 75-ci dəqiqədə Naxçıvan təmsilçisinin qapısına təyin olunan penalti epizoduna bu cür şərh verib:

“Qarabağ”ın hücumu zamanı Leandro Andrade cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın müdafiəçisi Urfan Abbasovun bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur".

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:0 (ilk görüş - 0:1) hesabı ilə məğlub edib. "Sabah" - "Neftçi" görüşündə isə tərəflər hərəyə bir dəfə fərqləniblər (ilk oyun - 2:1).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR