son dəqiqə SON DƏQİQƏ
"Neftçi"dən 2 qollu qələbə ● Zaqreb "Dinamo"sunun sabiq futbolçusu Azərbaycan klubunda ● II Liqada 6-cı tur start götürür ● Gimnastlarımız 6 medal qazandılar ● Azərbaycan Basketbol Liqasında 1-ci tur: "Ordu" "Gəncə" ilə üz-üzə gəlir ● Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ●

Premyer Liqa klubunun heyətində CİDDİ İTKİ

Bölmə adı İngiltərə
Yayımlandı 22-04-2026, 22:40

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.


Sport1.az xəbər verir ki, Estevao sıradan çıxıb. Braziliyalı vinger Premyer Liqanın 32-ci turunun "Mançester Yunayted"lə matçında (0:1) ayaq əzələsindən zədələnib.


Estevaonun zədəsi ciddidir. 18 yaşlı futbolçu mövsümün qalan hissəsində iştirak edə bilməyəcək. Gənc oyunçunun iyun ayında başlayacaq dünya çempionatına kimi hazır olacağı ehtimal olunur.


Qeyd edək ki, "Çelsi" Estevaonu mövsümün əvvəlində "Paymeyras"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan