
Mahaçqala “Dinamo”sunun futbolçusu Məhəmməd Cavad Hüseynnəjad ətrafında transfer söz-söhbətləri səngimək bilmir.
Sport1.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu dəfə “Neftçi”nin maraq dairəsinə düşüb. Bildirilir ki, paytaxt klubu hələlik futbolçunu diqqətlə izləyir və onun çıxışını dəyərləndirir. Hazırda tərəflər arasında rəsmi danışıqlar aparılmır.
Daha əvvəl Hüseynnəjadın “Qarabağ”a təklif olunduğu açıqlanmışdı. Lakin Ağdam klubu bu variantı əsas hədəf kimi nəzərdən keçirməyib.
Mənbələrə görə, gənc vingerin transferi asan baş tutmaya bilər. Futbolçu yeni müqavilə ilə bağlı razılığa gəlməsə, “Dinamo” onu yayda satışa çıxarmağı planlaşdırır. Bu zaman isə onu transfer etmək istəyən klubun ən azı 1 milyon avro ödəməsi tələb olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatı bu futbolçu ilə “Qarabağ” komandasının maraqlandığını yazmışdı, lakin daha sonradan Ağdam təmsilçisi bu transferdən imtina etmişdi.