son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

AFFA-nın görmədikləri: Hakimlər "Zirə"ni necə "dartırlar"? - 5 FAKT

Bölmə adı Yazı / Manşet
Yayımlandı 18-04-2026, 11:26

Hər mövsümün sonunda avrokubok davası qızışanda eyni söhbət ortaya atılır: "Hakimlər filan klubu "dartır".


Ötən il hədəfdə "Araz-Naxçıvan" idi, iki mövsüm öncə isə "Sumqayıt". Bu iddiaları yayan da biz idik: media, azarkeşlər, futbol camiəsi. Lakin bu il qəribə bir səssizlik var.


​Ortada sükut olsa da, əlimizdəki faktlar "hakimlər "Zirə"ni "dartır" deməyə kifayət edir. Gəlin, saymağa başlayaq:


​7-ci tur, "Zirə" - "Neftçi": Hesab 2:1 qonaqların xeyrinədir. Matçın doxsanıncı dəqiqəsində Qismət Alıyev cərimə zərbəsindən qapı istiqamətinə ötürmə edir. "Neftçi" müdafiəçiləri topu uzaqlaşdırır. Topun arxasınca qaçan Ayron Qomis Alessio Kurçiyə qarşı qaydanı pozur. Amma Kamal Umudlu oyunu davam etdirir. Epizodun davamında Elvin Bədəlov Ceyhun Nuriyevə qarşı kobud oynayır. Hakim oyunu yenə davam etdirir. VAR müdaxilə edir və penalti qərarı verilir. Lakin təqdim edilən videoda Qomisin Kurçiyə qarşı kobud oynadığı epizod göstərilmir.


​11-ci tur, "Zirə" - "Turan Tovuz": Matçın 45-ci dəqiqəsində Brahim Konate mübahisə anında Roderik Millerə kəllə atır. Əliyar Ağayev ona dərhal qırmızı vərəqə göstərir. İnqilab Məmmədov referini VAR-a çağırır. Bundan sonra Ağayev "qırmızı"nı "sarı" ilə əvəz edir.


​Azərbaycan Kubokunun yarımfinalı, "Turan Tovuz" - "Zirə": Matçın 35-ci dəqiqəsində Ruan Renato cərimə meydanında Xorxe Silva ilə ikili mübarizədə qaydanı pozur. Əliyar Ağayev oyunu davam etdirir. VAR hakimi Cavid Cəlilov onu epizodu izləməyə dəvət etsə də, referi qərarında qalır. Amma çempionatın və ya kubokun digər matçlarında hakimlər eyni epizodu penalti olaraq dəyərləndirmişdilər. Hakimlər Komitəsi də hakimin səhv qərar verdiyini açıqladı.


​Eyni matçın 70-ci dəqiqəsi: Qismət Alıyev Roderik Millerin ayağını tapdalayır. Yenə Əliyar Ağayev oyunu davam etdirir. Bu dəfə Cavid Cəlilov referini VAR-a dəvət etmir. Qarşılaşmadan bir neçə gün sonra Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın səhv olduğunu açıqlayır.


​28-ci tur, "Zirə" - "Neftçi": Görüşün 90+4-cü dəqiqəsində Brahim Konate hesabı bərabərləşdirir. Epizod zamanı açıq-aşkar görsənir ki, Ruan Renato oyundan kənar vəziyyətdədir və qapıçı Kənan Piriçə mane olur. Amma İnqilab Məmmədov oyunu davam etdirir. VAR hakimi Nicat İsmayıllı baş hakimi epizodu izləməyə dəvət etmir.


​Bu mövsüm 5 vacib görüşdə hakimlər "Zirə"nin xeyrinə qərarlar veriblər. Özü də avrokuboklara namizəd əsas rəqiblərlə görüşlərdə. Bu, "dartmaq" deyil, nədir? AFFA etiraz edən klub rəhbərlərini cəzalandırmaq əvəzinə bu epizodları araşdırmalıdır. Görəsən, hakimlər niyə "Zirə"yə rəğbət bəsləyirlər? Rəşad Sadıqovdan qorxurlar, yoxsa Orxan Məmmədovun mümkün gedişinin qarşısını alırlar? Həyatdır, hər şey mümkündür...


​İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR