
İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçi postu üçün Xosep Qvardiolanın namizədliyini nəzərdən keçirir.
Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssisin bu təklifi dəyərləndirə biləcəyi iddia olunur.
Məlumata görə, federasiya üçün əsas çətinlik hazırda İngiltərənin “Mançester Siti” klubunda çalışan Qvardiolanın illik təxminən 14 milyon avro təşkil edən maaşıdır. Qeyd edilib ki, bu məbləğin federasiya tərəfindən qarşılanması çətin görünsə də, sponsor dəstəyi ilə razılaşmanın mümkün ola biləcəyi istisna edilmir.
Qeyd edək ki, Xosep Qvardiola bu təklifi qəbul edəcəyi təqdirdə məşqçilik karyerasında ilk dəfə milli komandaya rəhbərlik edəcək. O, 2016-cı ildən “Mançester Siti”də çalışır.