Azərbaycan millisi Belarusla yoldaşlıq oyunları keçirəcək

Bölmə adı Futbol
Yayımlandı 23-04-2026, 16:57

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.


Sport1.az xəbər verir ki, millimiz hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.



Millimizə dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:
Qapıçılar: Elçin Qasımov, Emil Omarov;
Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

OXŞAR XƏBƏRLƏR