son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edir ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ●

İki güləşçimiz Avropa çempionu oldu

Bölmə adı Güləş
Yayımlandı 22-04-2026, 22:54

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.


Sport1.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın iki yunan-Roma güşəşçisi qızıl medal qazanıb.


67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb. Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.


Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinalda ukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzə gələcək.


Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.


Qeyd edək ki, bundan öncə yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87 kq.) bürünc medal qazanıblar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR