son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ●

Taleh Ziyadov yüksək vəzifəyə seçildi

Bölmə adı Digər
Yayımlandı 24-04-2026, 00:27

Taleh Ziyadov Danimarkanın Horsens şəhərində keçirilmiş Avropa Badminton Konfederasiyasının (BEC) İllik Ümumi Yığıncağında baş tutan seçkilərin nəticələrinə əsasən, 2026–2030-cu illər üçün təşkilatın İdarə Heyətinin üzvü seçilib.


Sport1.az xəbər verir kic seçkilər yüksək rəqabət şəraitində baş tutub — Avropanın müxtəlif ölkələrini təmsil edən 8 namizəd 3 direktor vəzifəsi uğrunda mübarizə aparıb.


Səsvermədə təşkilatın 50 üzvündən 47-si iştirak edib. Ziyadovun seçilməsi BEC üzv assosiasiyalarının onun liderlik keyfiyyətlərinə, təcrübəsinə və Avropada badmintonun inkişafına verdiyi töhfələrə olan etimadının göstəricisidir.


Seçkidən sonra çıxış edən Ziyadov göstərilən etimada görə təşəkkürünü bildirib:


“Avropa badminton ictimaiyyətinin mənə göstərdiyi etimada görə dərin təşəkkürümü bildirirəm. İdarə Heyətindəki həmkarlarımla və bütün üzv federasiyalarla birlikdə işləyərək idarəetmənin daha da gücləndirilməsi, inkişaf imkanlarının genişləndirilməsi və badmintonun Avropada uzunmüddətli inkişafına töhfə vermək üçün çalışacağam.”


Ziyadov qarşıdakı dövr üçün əsas prioritetlər kimi birlik, inklüziv inkişaf və güclü institusional idarəetməni vurğulayıb.


O, həmçinin Avropanın qlobal badminton sistemində mövqeyinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.


Onun seçilməsi İdarə Heyətinə idarəetmə, təşkilati inkişaf və beynəlxalq əməkdaşlıq sahələrində zəngin təcrübəyə malik bir mütəxəssisin qoşulması deməkdir.


Taleh Ziyadov 2021-ci ildən Azərbaycan Badminton Federasiyasının prezidenti, 2025-ci ildən isə Badminton Dünya Federasiyasının (BWF) Şura üzvüdür.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR