23:10 22.04.2026 122

Qurban Qurbanov: “Hakimlər “başlarını itiriblər”

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:


“Sabah”ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram”.


– Penalti epizoduna fikrinizi bilmək istəyirdim. Penalti necə olur?
– Bu barədə fikir bildirməyim, fərqli qarşılana bilər. Topun ələ dəydiyi görünürdü. Amma Rəhim Həsənov yəqin ki, bununla bağlı açıqlama verəcək. Son saniyələrdə belə epizodun yaşanması gərginliyi daha da artırır. Bəzən bu cür fikirlər səsləndirəndə, deyirlər ki, rəqibin qələbəsinə kölgə salınır. Xeyr, “Sabah” finala layiq idi. Hesab 2:2 olsaydı belə, yenə də 10 nəfərlə oynayacaqdıq və əlavə gücə ehtiyac var idi. Həmin epizodu penalti kimi gördüm. Olan şeylərdir.


– Son oyunlarınızda VAR-a da baxılmır. Sizcə, niyə belədir?
– Baxılsa… nə bilim. Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm. Hakimlik məndən uzaq sahədir. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır.


– Oyundan sonra baş verənlər illər əvvəl “Neftçi” – “Xəzər Lənkəran” finalını xatırlatdı. Sizcə, bu gün baş verənlərlə irəli gedirik, ya geri?
– Futbolçularla hakimlər arasında gərginlik oldu.


– Paltardəyişmə otağının qarşısında dava-dalaş idi…
– Görmədim. Bəzən belə emosiyalar futbolu daha gözəlləşdirir. Nadir hallarda belə anlar olur. Çempionlar Liqasının finalında da bəzən belə şeylər görürük. Bu emosiyalar futbolu daha gözəlləşdirir.


– “Zirə” – “Neftçi”, “Turan Tovuz” – “Zirə” oyununda da oyundan çox kənar məsələlər müzakirə olunur. “Qarabağ”ın baş məşqçisi kimi yox, bir azarkeş kimi ölkə futbolunda baş verənlər sizi narahat edir?
– Hadisələr hakim qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmir özünü necə idarə etsin. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Bəzən onlara yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Məncə, ili sakit formada başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsüm daha diqqətli olarlar. Hər biri özümüzündür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə çox basqı onları səhvlərə aparır.


– Demək olar, mövsümü titulsuz başa vuracaqsınız. Toparlanmaq çətin olmayacaq?
– Dünya futbolunda da belə hallar gözləniləndir. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Çempionlar Liqası bizi çox yordu. Belə deyək, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxanda da eyni situasiyadır. Məsələn, “Liverpul” bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə yorğunluq daha artır. Dünya futbolunda belə praktikalar çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Məsuliyyətimizi başa düşürük. Biz də çox çalışdıq, səviyyəmizi qoruya bildik. Ciddi narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çətinliklər olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma, buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olub. Belə oyunlar həmişə ailəni möhkəmləndirir.


– “Nyukasl”la oyunda 90 dəqiqəni yaxşı keçirən Bədavi Hüseynov həmin matçdan sonra demək olar, oynamadı. Bunun xüsusi səbəbi var?
– Bədavi təcrübəli oyunçumuzdur. Mateus Silvanı istəyirəm ki, daha da bərk stoper edim. O mövqedə təcrübəsinin artmasını istədiyim üçün şans verirəm. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. İndi oynamamasının səbəbləri özümüzdə qalsın.


– Azərbaycan futbolunda istədiyiniz temp bugünkü idi?
– Bugünkü oyunun tempini yaxşı edən həm də, hakim Rəvan Həmzəzadə idi. Onun idarəçilik etdiyi oyunlarda oyun az dayanır. Hər epizoda fit çalmır. Oyunu sona kimi davam etdirməyi sevən biridir. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu.


– Koxalskinin mövsümün sonunda klubdan ayrılmaq ehtimalı nə qədərdir?
– Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin, danışığımız olacaq.


– Qırmızı vərəqə epizodu ilə bağlı nə düşünürsünüz?
– Epizoda baxdım. Yəqin, məni hamı səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu “qırmızı” sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü. Lakin sonra ona çox təzyiqlər oldu. İndi hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır. Yekunda hamının fikri ölkə futbolunun faydası üçün olsun.


– Sizcə, həqiqətən, hakimlərimizin potensialı bu qədər səhvləri edəcək qədər aşağıdadır?
– Potensiallı hakimlərimiz var. Üzülürəm ki, onlar belə texniki səhvlər edirlər. Bu il hakimlər üçün sanki kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər”.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?