son dəqiqə SON DƏQİQƏ
Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı

Hakimlər Komitəsinin sədri Əliyar Ağayevin qərarının səhv olduğunu açıqladı

Bölmə adı Kubok / Manşet
Yayımlandı 3-04-2025, 14:16

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” (1:0) və “Neftçi” – “Sabah” (1:2) görüşlərindəki mübahisəli epizodları şərh edib.

Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə milli assosiasiyanın mətbuat xidmətinə açıqlama verib.

“Araz-Naxçıvan” - “Qarabağ”
24-cü dəqiqə
“Araz-Naxçıvan”ın yerinə yetirdiyi künc zərbəsi zamanı top yaxın dirəyə tərəf ötürülür. Bu komandanın 17 nömrəli futbolçusu (İssuf Paro) sağ ayağı ilə topla oynayır. Onun arxasında olan “Qarabağ”ın 7 nömrəli oyunçusu (Yassin Benzia) topa toxunmadan “Araz-Naxçıvan”ın üzvünün sağ ayağına zərbə vurur. Baş hakim oyunu davam etdirir. VAR müdaxilə edərək, baş hakimi epizodu izləməyə dəvət edir. Təkrar görüntülərə baxdıqdan sonra hakim “Araz-Naxçıvan”ın lehinə penalti təyin edir. Hakimin penalti qərarı doğrudur.

“Neftçi” – “Sabah”
19-cu dəqiqə
“Sabah”ın 17 nömrəli futbolçusu (Tellur Mütəllimov) cərimə meydanında “Neftçi”nin 91 nömrəli oyunçusunun (Ağadadaş Salyanski) ayağına arxadan zərbə endirdi. Hakimin penalti qərarını dəstəkləyirik.

90+1-ci dəqiqə
“Sabah”ın hücumu zamanı top bu komandanın 20 nömrəli futbolçusuna (Coy Lens Mikels) çatır. O, cərimə meydanı daxilində qapı xəttinə doğru hərəkət edir və topa zərbə vurur. Hücumçu topu vurduqdan sonra “Neftçi”nin 44 nömrəli oyunçusu (Yuri Matias) gecikərək onun ayağına təmas edir. Hakim oyunu davam etdirir və “Sabah”ın xeyrinə künc zərbəsi təyin edir. Hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR