
"Real Madrid”in heyətində daha bir itki yaşanıb.
Sport1.az xəbər verir ki, müdafiəçi Eder Militao sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ayaq əzələsindən zədə alıb.
Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.