
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 14-cü turu və Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
O, iki görüşdə hakimlərin yanlış qərarlar verdiyini bildirib. R.Həsənov ölkə kubokunun 1/8 final mərhələsinin “İmişli” – “Sabah” (1:2) matçında qonaqların qapısına təyin olunmuş penaltinin yanlış qərar olduğunu təsdiqləyib. Qeyd edək ki, həmin görüşdə baş hakim Kamal Umudlu olub.
Bundan başqa, 14-cü tur çərçivəsində keçirilmiş “Sumqayıt” – “İmişli” qarşılaşmasında (1:0) Rüstəm Əhmədzadənin əllə oynamasına görə meydan sahiblərinin qapısına təyin olunmuş penalti də yanlış qərardır. Bu oyunun baş hakimi isə Əliyar Ağayev idi.
Sport1.az mübahisəli epizodların şərhini təqdim edir: