son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

Rəhim Həsənov nədən qorxur? - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 5-04-2026, 13:50

2 gündür ki, futbol ictimaiyyəti bir-birinə girib. Səbəb nədir? Ölkənin ən yaxşı hakimi olan Əliyar Ağayev "Turan Tovuz" - "Zirə" matçında 2 səhvə yol verib. 


Bundan sonra, Qərb təmsilçisinin rəhbəri Ehtiram Quliyevin "Əliyar kimilər futboldan getməlidir" çağırışı ölkəni silkələdi. 


Bu üsyanı kimsə etməli idi. Bəlkə də bir qədər sərt açıqlama idi. Amma tam yerində idi.


Vaxtında verilişlərin birində Əliyar Ağayev - Rəşad Sadıqov münasibətləri ilə bağlı xəbərdarlıq etmişdim. Premyer Liqa klubunun baş məşqçisinin sosial şəbəkələrdə hakimin şəklini paylaşmasının doğru olmadığını deyəndə hamı məni vətən xaini adlandırırdı. Həmin çıxışdan 1 gün sonra Əliyar Ağayev elə "Zirə" - "Turan Tovuz" oyununda Rəşad Sadıqovun hay-küy salması ilə qırmızı vərəqəni ləğv etdi. Rəhim Həsənov da FİFA referisinin səhvə yol verdiyini açıqlamışdı. O zaman çoxları iddia edirdilər ki, Hakimlər Komitəsinin sədri Əliyar Ağayevə paxıllıq edir, uğurlarına kölgə salmaq istəyir. Rəhimin doğru qərar verdiyini yazanda bizi qərəzli adlandırırdılar. Hər nəysə!


"Turan Tovuz"un haqqı yeyilib. Ruan Renatonun epizodu konkret penaltidir. Çünki bunu Rəhim Həsənov ölkəyə özü açıqlamışdı. "Şamaxı" - "Neftçi" oyununda verilən penaltini yadınıza salın. Eynisidir. Başqa izahı yoxdur.


Oyundan 2 gün keçib. Rəhim Həsənov niyə epizodları dəyərləndirməyib? Cəmi 2 oyunun montajını hazırlamaq bu qədər çətindir? Yoxsa, Rəhim Həsənov qorxur? Niyə də qorxmasın axı? Hər iki qərarda da üstünə düşəcəklər. Desə ki, penaltidir, referi səhv edib. Əliyar kimilər Hakimlər Komitəsinin sədrini daşa basacaqlar ki, sən paxılsan! Desə ki, qərar doğrudur, lap pis olacaq. Futbul ictimaiyyəti üstünə düşəcək ki, "Neftçi"nin qapısına penalti veriləndə niyə belə demirdin? İndi Rəhim Həsənov çıxılmaz vəziyyətdə qalıb. Bir yol axtarır, amma tapa bilmir. Ona dəstək olan kimsə də yoxdur.  


Qorxma, Rəhim! Ədalətli ol! Çıx, açıq-aşkar denən ki, Əliyar səhv edib. Hətta ölkənin ən yaxşısı hesab edilən hakimi cəzalandır! Göstər ki, sən bu vəzifəyə layiqsən! Göstər ki, heç kimdən tapşırıq almırsan! Göstər ki, heç kimdən qorxmursan!


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR