
İngiltərə Premyer Liqası təmsilçisi "Everton" müdafiə xəttinin təcrübəli siması Maykl Kinlə bağlı qərarını verib.
Sport1.az xəbər verir ki, Mersisayd klubu 33 yaşlı futbolçunun müqaviləsini yeniləyib. Tərəflər arasında bir illik yeni sözləşmə imzalanıb.
2017-ci ilin iyul ayında "Bernli"dən transfer olunan Maykl Kin üçün qarşıdakı mövsüm xüsusi əhəmiyyət kəsb edəcək. Belə ki, bu imza ilə o, "Everton"dakı 10-cu ilini, yubiley mövsümünü qeyd etmək şansı qazanıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi indiyədək "Everton" forması ilə 259 oyuna çıxıb və 19 qol vurub