son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Hakimi təhqir etdi, 4 oyunluq cəzalandırıldı

Bölmə adı Kubok
Yayımlandı 15-10-2025, 13:36

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunda I təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Sheki City” – “Araz Saatlı” oyununun 86-cı dəqiqəsində “Araz Saatlı” komandasının 49 nömrəli futbolçusu Pərviz Eyvazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 62-ci dəqiqəsində “Ağdaş” komandasının 1 nömrəli futbolçusu Ümid Paşayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 46);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Ağdaş” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 11 nömrəli futbolçusu Elvin İsmayılovun hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Dinamo” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Dinamo” – “Kür-Araz” oyununun 120-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

09.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Ağstafa Gəncləri” – “Şirvan” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

10.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Göygöl” – “Şəmkir” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

10.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Göygöl” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında problem olması səbəbindən gec başladığına görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 83.5);

10.10.2025-ci il tarixində Azərbaycan Kubokunda I təsnifat mərhələsinin “Quba” – “Xankəndi” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR