son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

"Kəpəz" "Qarabağ"la oyunda yaşananlara görə 6500 manat cərimələndi

Bölmə adı Premyer Liqa
Yayımlandı 1-04-2026, 14:42

AFFA İntizam Komitəsinin iclası keçirib.


Sport1.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib.





Misli Premyer Liqası XXV tur

20 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXV turun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);



I Liqa XIX tur

18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda “Səbail” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);



18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);



18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Səbail” – MOİK oyununda MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);



18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 26-cı dəqiqəsində “Şəfa” komandasının 6 nömrəli futbolçusu Xəyal Tomarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şəfa” komandası 300 manat cərimə edilsin (maddə 44.1);



18 mart 2026-cı il tarixində I Liqada XIX turun “Şəfa” – “Şahdağ Qusar” oyununun 90+3-cü dəqiqəsində “Şahdağ Qusar” komandasının 19 nömrəli futbolçusu Aqostinyo Çipesse təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 900 manat cərimə edilsin (maddə 45.1);



II Liqa XX tur

29 mart 2026-cı il tarixində II Liqada XX turun “Ağstafa Gəncləri” – “Quba” oyununda “Ağstafa Gəncləri” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

29 mart 2026-cı il tarixində II Liqada XX turun “Ağdaş” – “Araz Saatlı” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

29 mart 2026-cı il tarixində II Liqada XX turun “Şəmkir” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);



Əvəzedicilər liqası XXI tur

20 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Şamaxı-2” – “Sumqayıt-2” oyununun 47-ci dəqiqəsində “Sumqayıt-2” komandasının 57 nömrəli futbolçusu Hüseyn Fərəcli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt-2” komandası 100 manat cərimə edilsin (maddə 44.1);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 57.2);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandasının 3 nömrəli futbolçusu Sami Mmae hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 90+5-ci dəqiqəsində “Qarabağ-2” komandasının 28 nömrəli futbolçusu Allahverdi Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununun 43-cü dəqiqəsində “Qarabağ-2” komandası meydanı tərk etdiyinə, daha sonra geri qayıdaraq yenidən oyunu davam etdirdiyinə görə “Qarabağ-2” komandası 1000 manat cərimə edilsin (maddə 77.3);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);



21 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XXI turun “Qarabağ-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandası tərəfindən paltardəyişmə otağına ziyan vurulduğuna görə stadiona dəymiş zərər “Sabah-2” komandası tərəfindən qarşılansın (maddə 86).

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR