
"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Manuel Noyerlə razılıq əldə edib.
Sport1.az xəbər verir ki, almaniyalı qapıçı daha bir il Bundesliqa nəhəngində qalacaq. Bu barədə insayder Maksimilian məlumat yayıb.
Noyerlə yeni anlaşmanın şərtləri razılaşdırılıb. Yaxın güünlərdə 40 yaşlı qolkiperlə 1 illik yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin yayından "Bavariya"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 34 oyunda 33 qol buraxıb.