
Braziliya millisinin və "Santos"un futbolçusu Neymar 5-ci dəfə ata olub.
Sport1.az xəbər verir ki, onun qızı dünyaya gəlib. Futbolçu bu xəbəri sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Neymar hazırda sağ ayağının baldır əzələsindən aldığı zədədən sonra bərpa prosesi keçir. Məhz bu səbəbdən o, Braziliya millisinin DÇ-2026-da Mərakeşlə keçirdiyi ilk oyunu (1:1) buraxıb.
Əlavə edək ki, Neymarın David Lukka, Mavi, Helena və Mel adlı övladları da var.