son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

Kevin Medina: "Həyatımda iz qoyan bir klubla vidalaşıram"

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 18-06-2026, 10:01

“Qarabağ”dan ayrılan kolumbiyalı futbolçu Kevin Medina instaqram hesabında paylaşım edib.


Sport1.az xəbər verir ki, 33 yaşlı müdafiəçi Ağdam təmsilçisində keçirdiyi dönəmdən danışıb.


"Bugün həyatımda və karyeramda iz qoyan bir klubla vidalaşıram. “Qarabağ”a gəldiyim ilk gündən qollarını açaraq məni qarşıladılar. Burada inanılmaz peşəkarlar, dosta çevrilən komanda yoldaşları və məni hər an, hər zaman dəstəkləyən azarkeşlər tapdım. Böyük öyrənmə, gərgin əmək, nailiyyətlər və inkişafla dolu illər idi. Bu formanı geyinmək, bu emblemi təmsil etmək mənim üçün böyük bir şərəf və məsuliyyət idi; meydanda hər zaman fədakarlıqla, hörmətlə və canla-başla çıxış etməyə çalışdım.



Bu yolda mənə yoldaşlıq edən hər kəsə: rəhbərliyə, texniki heyətə, klubun işçilərinə və ən əsası, komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Yaşadığım hər bir an qəlbimdə və yaddaşımda əbədi olaraq qalacaq. Bütün “Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər bir dəstəyə, hər bir mesaja, həm yaxşı günlərdə, həm də ən çətin anlarda yanımızda olduğunuza görə sağ olun. Sizdən gördüyüm bütün bu xoş anlar və sevgi heç vaxt unudulmayacaq.



İndi isə yeni bir çağırışa başlamaq vaxtıdır. Bu möhtəşəm klubun tarixinə adımı yazdırdığım üçün böyük minnətdarlıq və qürur hissi ilə buradan ayrılıram. Qarabağa böyük uğurlar, çoxlu qələbələr və daha da parlaq bir gələcək arzulayıram. Bu klub tarixidir! Hamınıza təşəkkürlər!"- deyə, o, qeyd edib.


Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən 33 yaşlı müdafiəçinin karyerasını Malayziyanın “Johor” klubunda davam etdirəcəyi gözlənilir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR