
İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə böyüklər arasında Dünya Seriyasının III mərhələsi keçiriləcək.
Sport1.az xəbər verir ki, Azərbaycanı qonşu ölkədə Rübail İbrahimli (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kiloqram) və İslam İlyasov (+90 kiloqram) təmsil edəcəklər.
İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.
Dünya Seriyasında I-S dərəcəli hakimi Bəşir İsazadə ədaləti qoruyacaq.