son dəqiqə SON DƏQİQƏ
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib - 27 yaşlı niderlandlı rəsmən “Borussiya”da “Bavariya”nın futbolçusu huşunu itirib “Milan”dan ayrıla bilər “Barselona”ya keçidi rəsmiləşdi “Tottenhem”dən “Yuventus”a Güləşçimiz dünya üçüncüsü oldu Dünya çempionu vətənində çıxış edəcək Bundesliqaya qayıtdı “Kəpəz” yoxlama oyunu keçirəcək “Şəki”dən yeni transfer Serbiyalı yarımmüdafiəçi “Neftçi”də Seneqal millisində yeni təyinat DÇ: 3 güləşçimiz yarımfinalda Premyer Liqa klublarının yay transferləri "Qarabağ"ın "Tvente" ilə səfərdəki qarşılaşmasının hakim təyinatları "Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq" Avropa Çempionatının Bakıdakı oyunlarının hakimləri açıqlanıb "Zaqatala" Raul Nağıyevlə anlaşıb Bu departament rəhbəri də AFFA-dan göndərildi "Neftçi" gənc oyunçu ilə bağlı qərarını açıqlayıb "Şahdağ Qusar"dan "Səbail"ə "Neftçi" bu futbolçu üçün 400 min avro təzminat ödəyəcək - "Ümid edirəm ki, yenə də mərhələni keçən tərəf bizim komanda olacaq" "Səbail" Türkiyə klubu ilə üz-üzə IJF-dən İlham Zəkiyevin yubiley çempionluğu ilə bağlı xüsusi yazı "Sabah" "Yuventus"la qarşılaşacaq Marko Yankoviç də "Qarabağ"dan ayrılacaq? - Futbolçunun özü danışdı

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar

Bölmə adı Karate
Yayımlandı 17-06-2026, 19:30

Polşanın Belostok şəhərində keçirilmiş “Kyokuşin (KAY) Senşi Karate” üslubu üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən Azərbaycan Karate Federasiyasının milli komandası Vətənə qayıdıb.


Sport1.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində media nümayəndələri, idman ictimaiyyətinin təmsilçiləri, federasiya rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri iştirak ediblər.


Avropa çempionatının yekunlarına əsasən Azərbaycan yığma komandası iki qızıl, iki gümüş və bir bürünc olmaqla ümumilikdə beş medal qazanaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib.


Gənclər arasında 80 kq çəki dərəcəsində mübarizə aparan Cəmil Kazımlı və 70 kq çəki dərəcəsində çıxış edən Vaqif Bəndəliyev fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək Avropa çempionu adına layiq görülüblər.


Kişilər arasında +90 kq çəki dərəcəsində Kərim Eyubov və gənclər arasında 85 kq çəki dərəcəsində Cavid Kazımlı yarışları ikinci pillədə başa vuraraq gümüş medal əldə ediblər.


Kişilər arasında 70 kq çəki dərəcəsində çıxış edən Vüqar Sayadov isə üçüncü yeri tutaraq bürünc medal qazanıb.


Milli komanda Avropa çempionatında Azərbaycan Karate Federasiyasının baş katibi, üslub üzrə nümayəndə Qabil Sayadovun və millinin baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında çıxış edib.


Qeyd olunub ki, qazanılan uğurlar ölkədə kyokuşin karate növünün inkişafının, idmançıların peşəkar hazırlığının və sistemli məşq prosesinin nəticəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR