
"Şahdağ Qusar" 2026/27 mövsümü üçün heyətini formalaşdırmağa davam edir.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi heyətinə yeni futbolçu cəlb edib.
Gülağa Əsədov Qusar təmsilçisinin formasını geyinəcək. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Əsədovun son klubu MOİK olub.