son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Boksçu faciəvi şəkildə vəfat etdi

Bölmə adı Döyüş
Yayımlandı 18-06-2026, 15:15

Şotlandiyalı peşəkar boksçu Kolin Kerni 22 yaşında vəfat edib.


Sport1.az xəbər verir ki, hadisə Tailandın Puket adasında baş verib. Məlumata görə, idmançı sürücü ilə ödəniş məsələsi ilə bağlı mübahisədən sonra hərəkətdə olan üçtəkərli taksidən yıxılıb və ağır kəllə-beyin travması alıb.


Təcili yardım əməkdaşları onu səhər saatlarında huşsuz vəziyyətdə yol kənarında aşkarlayıblar. Kerni əvvəlcə Patonq xəstəxanasına, daha sonra isə Vaçira Puket xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisə yerindəki müşahidə kameralarının görüntüləri insident zamanı boksçunun itələnməsi və ya ona qarşı fiziki zorakılıq tətbiq edilməsi ehtimalını istisna edib. İlkin araşdırmaya əsasən, idmançının nəqliyyat vasitəsindən yıxıldığı bildirilir. O, peşəkar karyerası ərzində keçirdiyi 10 döyüşün hamısında qələbə qazanıb.


Kolin Kerninin vəfatı Şotlandiya Boks Federasiyası və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR