
Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
Sport1.az xəbər verir ki, çempionatın birinci qrupunda Fransa Seneqalla qarşılaşıb. Görüş Avropa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər matçında isə saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.
J qrupunda saat 05:00-da Argentina Əlcəzairlə münasibətlərini aydınlaşdıracaq.
Saat 08:00-da isə eyni qrupda Avstriya İordaniya ilə oynayacaq.