son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Saxta futbol forması müsadirə olundu

Bölmə adı Futbol / İspaniya
Yayımlandı 17-06-2026, 16:50

İspaniyada keçirilən xüsusi əməliyyat zamanı dünya çempionatı ilə əlaqədar satışa çıxarılması planlaşdırılan 66 mindən çox saxta futbol forması müsadirə olunub.


Sport1.az “Marca”ya istinadən xəbər verir ki, əməliyyat İspaniya Polisi tərəfindən həyata keçirilib.


Madrid, Barselona, Malaqa, Elçe və Deniya da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yerləşən 15 ünvanda aparılan reydlər nəticəsində əqli mülkiyyət hüquqlarının pozulması ittihamı ilə 95 nəfər saxlanılıb.


Məlumata görə, müsadirə olunan məhsulların böyük hissəsi dünya çempionatı ilə əlaqədar hazırlanmış saxta milli komanda və klub formalarından ibarət olub. Təkcə Barselona və Jirona əyalətlərində 17 minə yaxın saxta idman geyimi aşkarlanıb.


İstintaq zamanı dünya çempionatında iştirak edən ulduz futbolçuların, o cümlədən Kilian Mbappe və Lamin Yamalın çıxış etdiyi komandaların formalarının qanunsuz şəkildə istehsal edilərək İspaniya bazarına çıxarıldığı müəyyənləşdirilib.


Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, satışa çıxarılsaydı, ümumi çəkisi 16 ton olan saxta məhsullar cinayətkar qruplara təxminən 2 milyon avro gəlir gətirə, rəsmi satış şəbəkələrinə isə 7 milyon avroya qədər zərər vura bilərdi.

Əməliyyat davam edir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR