son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

"Zirə"nin də bəxti gətirdi - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 16-06-2026, 22:24

"Turan Tovuz"un əvəzinə Konfrans Liqasında çıxış edən "Zirə"nin də bəxti gətirdi.


Düşünürəm ki, "Torpedo Kutaisi" güc baxımından Rəşad Sadıqovun komandasından zəifdir. Bəli, Gürcüstanda çempionat davam edir. Doğrudur ki, "Torpedo" hazırda liqada 3-cü pillədə qərarlaşıb. O da düz məlumatdır ki, Kutaisi təmsilçisinin hazırda 11 milyona yaxın büdcəsi var. Bəli, komandanı almaniyalı mütəxəssis Dirk Şuster çalışdıra da bilər. Amma bunlar heç biri "Zirə"nin "Torpedo"ya uduzmasına əsas vermir.


Ümumiyyətlə, yaxın 5 ildə hansısa Gürcüstan klubunun avrokuboklarda Azərbaycan təmsilçisini üstələcəyini inanmıram. "Zirə" bunu bacarmazsa, bir daha avrokuboklara getməsin.


"Qartallar"ın loqistika baxımından da bəxti gətirib. "Qarabağ" və "Sabah"ın rəqibləri də zəifdir. Amma Ağdam təmsilçisi İslandiyaya, Masazır klubu Uelsə səfər etməli olacaq. "Zirə" isə qonşu Gürcüstana baş çəkib, qayıtmalıdır.


İLKİN SULTANLI

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR