
İtaliya millisinin sabiq yarımmüdafiəçisi Alessandro Del Pyero yığmanın uğursuz çıxışına sərt münasibət bildirib.
Sport1.az xəbər verir ki, veteran futbolçu yığmanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsini tənqid edərək komandanın hazırkı durumunu kəskin ifadələrlə dəyərləndirib.
"İtaliya artıq dünya futbolunun gülüş obyektinə çevrilib. Ardıcıl üç mundialı buraxmaq bağışlanmazdır. Belə nüfuzlu komanda necə ola bilər ki, bu cür turnirləri qaçırsın? Dördqat dünya çempionları artıq uzun illərdir ki, əvvəlki səviyyədə deyil. Əvvəllər dünya səviyyəli oyunçularımız var idi, indi isə daha çox orta səviyyəli futbolçular görürük", – deyə o bildirib
Qeyd edək ki, bu gün Qabriele Qravina İtaliya Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Həmçinin Canluici Buffon milli komandanın nümayəndə heyətinin rəhbəri postundan ayrılıb.