
Qadınlar arasında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona" "Real"ı mübarizədən kənarlaşdırıb.
Sport1.az xəbər verir ki, Kataloniya kollektivi "Kamp Nou"da "Kral klubu"nu 6 cavabsız qolla üstələyərək yarımfinala adlayıb.
Beləliklə, iki matçın nəticəsinə görə "Barselona" 12:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Barselona" yarımfinalda "Bavariya" klubu ilə qarşılaşacaq.