
Türkiyə Super Liqasının XXVIII turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" matçının təyinatları açıqlanıb.
Sport1.az xəbər verir ki, İstanbul derbisini Yasin Kolun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Ona Abdullah Bora Özkara və Mehmet Salih Mazlum köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" qarşılaşması aprelin 5-də keçirilkəcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.