son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 2-04-2026, 23:54

AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Sport1.az xəbər verir ki, “Wyndham Garden” otelində təşkil olunan imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Eyeball”ın direktoru Manfred Lerley, milli assosiasiyanın və şirkətin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.


C. Fərəcullayev çıxışında bu əməkdaşlığı Azərbaycan futbolu üçün mühüm və perspektivli addım kimi qiymətləndirib. O bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə futbolun da bu imkanlardan faydalanması müasir tələblərdəndir. Baş katibin sözlərinə görə, müqavilə xüsusilə uşaq və gənclər liqalarında çıxış edən klubların fəaliyyətinə müsbət təsir göstərəcək, məşqçilər və skautlar üçün futbolçular barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq. Cahangir Fərəcullayev AFFA-nın bu istiqamətdə proseslərə ciddi nəzarət edəcəyini və klublara lazımi dəstək göstərəcəyini vurğulayıb.


Manfred Lerley isə ilk olaraq “Eyeball”ın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, şirkət 43 ölkədə fəaliyyət göstərir, Avropada 150 klubla əməkdaşlıq edir, ümumilikdə isə 3000-dən çox klub və 400 mindən artıq futbolçu ilə çalışır. O qeyd edib ki, dünya futbolunda gənc oyunçulara maraq getdikcə artır və AFFA ilə əməkdaşlıq bu baxımdan böyük əhəmiyyət daşıyır. Manfred Lerley bu işbirliyinin Azərbaycan futboluna ciddi töhfə verəcəyinə inandığını və perspektivli futbolçuların üzə çıxarılması istiqamətində əllərindən gələni edəcəklərini bildirib. Qonaq qeyd edib ki, bu platforma azərbaycanlı yeniyetmə və gənc futbolçuların Avropa klubları tərəfindən daha yaxından izlənilməsinə, eləcə də istedadlı oyunçuların legioner həyatı yaşamaları üçün əlverişli şəraitin formalaşmasına töhfə verəcək.


Çıxışların ardından tərəflər arasında müqavilə imzalanıb və AFFA tərəfindən “Eyeball” şirkətinə xatirə hədiyyəsi təqdim olunub.


Sonda təşkil olunan mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR