
İtaliya millisi və “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali “Real Madrid”ə təklif edilib.
Sport1.az xəbər verir ki, futbolçu özü İngiltərədə qalmaq istəsə də, agentləri onun “kral klubu”na mümkün transferi üzərində işləyirlər.
Belə ki, onlar Madrid təmsilçisinin prezidenti Florentino Peresə müraciət edərək, “Nyukasl”ın ulduz oyunçunu 80 milyon funt sterlinq qarşılığında satmağa hazır olduğunu bildiriblər.
İddiaya görə, “Real Madrid” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer edə bilməsə, Tonali ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Sandro Tonali bu mövsüm “Nyukasl”da 47 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.