son dəqiqə SON DƏQİQƏ
Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ●

"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı

Bölmə adı Futbol
Yayımlandı 2-04-2026, 13:29

2 gün əvvəl İtaliya maliyyə polisi "San Siro" stadionunun "İnter" və "Milan"a 200 milyon avroya satılması ilə bağlı araşdırma çərçivəsində Milan Şəhər Şurasının ofislərinə basqın edib .


Sport1.az xəbər verir ki, bu haqda "Football İtalia" məlumat yayıb. Məmurlar gizli sövdələşmə və tender saxtakarlığında şübhəli bilinirlər. Müsadirə edilən əşyalar arasında kompüterlər və mobil telefonlar da var.



Həmçinin, "İnter"in keçmiş baş direktoru Alessandro Antonelli və "Milan"ı idarə edən "Sport Life City"nin prezidenti Cüzeppe Bonomi də daxil olmaqla, doqquz nəfərlə bağlı araşdırma aparılır.


Onların məxfi məlumatları ötürdükləri, "İnter" və "Milan"la sövdələşmələri asanlaşdırmaq üçün pərdəarxası işlər gördükləri və bununla da ədalətsiz rəqabət yaratdıqları iddia edilir.


"Milan" və "İnter" klub olaraq istintaq altında deyillər, lakin stadionu idarə etmək üçün yaradılan və hər iki klubun birgə sahib olduğu MI şirkətində də axtarışlar aparılıb

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR