
I Liqanın 20-ci turunda "Səbail" "Baku Sportinq"i qəbul edir.
Sport1.az xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Fəxri Məmmədli rəqibə qarşı kobud oynadığı üçün hakim Əli Əliyev meydan sahiblərinin qapısına penalti təyin edib.
Futbolçu referiyə etiraz etsə də, qərar dəyişməyib. Əsəblərini cilovlaya bilməyən Fəxri Məmmədli göz yaşlarını saxlaya bilməyib.
Topun arxasına keçən İlham Allahverdiyev penaltini qaçırıb. Onun zərbəsini Rəşad Əzizli dəf edib.