
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Bodo-Qlimt”ə uduzduqları oyundan sonra rəqibin gücünə yenidən diqqət çəkib.
Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis 1:3 hesabı ilə başa çatan qarşılaşmanı xatırladaraq belə deyib: “Mən demək olar ki, əminəm ki, “Siti” necə “Bodo-Qlimt”ə uduza bilər?” deyənlər onların heç bir oyununu izləməyiblər. “Bodo-Qlimt” çox güclü komandadır, xüsusən də Norveçdə”.
Qeyd edək ki, 7 turdan sonra “Mançester Siti” 13 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Norveç təmsilçisi isə 6 xalla 28-ci sırada yer alıb.