17:05 7.12.2025 63

"Futbolçuların fiziki durumunda çatışmazlıqlar var" – Füzuli Məmmədov

“Karvan-Yevlax” Misli Premyer Liqasının 14-cü turunda evdə “Şamaxı”ya 0:3 hesabı ilə uduzub.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın məşqçisi Füzuli Məmmədov oyunla bağlı fikirlərini səsləndirib və daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Oyuna çox ciddi hazırlaşmışdıq. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bərpa məşqləri ilə bərabər, taktiki məşqlər etdik. Onlar da azdır. Ən azından rəqibi təhlil etmişdik. Bilirdik ki, necə oynayacaqlar. Futbolçulara bu haqda məlumat vermişdik. İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma heç ruhdan düşmürəm. Əminəm və inanıram ki, komandamız daha da yaxşı oynayacaq. Qarşıda daha 2 oyunumuz var və ondan sonra fasilə olacaq. Hər iki görüşə də maksimum hazırlaşacağıq. Əminəm ki, daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız iş və məşqlə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq".

- Hər məğlubiyyətdən sonra baş məşqçiləri dəyişmək taktikası nə dərəcədə doğrudur? 

- Bu haqda çox şey deyə bilmərəm. Əlbəttə ki, klub rəhbərlərinin qərarıdır. Məşqçi olaraq, özümə və komandama inanıram. İnanıram ki, qarşıdakı oyunlarda daha uğurlu olacağıq.

- "Karvan-Yevlax" "Qarabağ"a evdə də 0:2 uduzmuşdu, səfərdə də 0:2 uduzdu. "Şamaxı" ilə görüşlərdə də eyni hesablar oldu. "Karvan-Yevlax"ın oyununda inkişaf hiss edirsiz?

- Bir məşqçi üçün hazırlıq zamanına vaxt olanda, o məşqçi daha yaxşı hazırlaşır. "Qarabağ"la oyuna yaxşı hazırlaşa bilməmişdik. Zamanımız olmadı. Kubok matçımız var idi. İndiki oyun üçün də futbolçuya heç bir yükləmə verə bilmirsən. Futbolçuların fiziki durumunda çatışmazlıqlar var. Çalışacağıq ki, onu aradan qaldıraq.

- Bu heyət "Qəbələ" və "Kəpəz"i üstələyə bilər?

- Futbolçularıma çox inanıram. Məşqlərdə çox istəklidirlər. Uduzmuşuq, onlar çox üzülüblər. Yalnız işləmək və məşq etməklə öhdəsindən gəlmək olar.

- Matç bitəndən sonra yerli azarkeşlər futbolçularınızı fitə basdılar, siz isə onlara "səbirli olun, düzələcək" dediniz. Nəyə ümid edirsiz?

- Azarkeşlər haqlıdırlar, bizdən qələbə gözləyirlər. Hamısını yaxşı başa düşürəm. Onların dəstəyi çox önəmlidir. Əminəm ki, bu işin öhdəsindən gələcəyik, onları sevindirəcəyik. İstəməzdik ki, evdə bu hesabla uduzaq. Azarkeşlər qələbə gözləyir. Çox istəyirdik ki, qalib gələrək onları sevindirək.

- "Mingəçevir"də işlədiyiniz zaman komandanın 70 faizini dəyişdiniz və az da olsa, uğur əldə etdiniz. "Karvan-Yevlax" sizə o şəraiti yaradacaq?

- Hazırda heç bir dəyişiklik edə bilmirik. Əlimizdə nə heyət varsa, onunla davam etməliyik. Taktiki və fiziki baxımdan yüksəliş olmalıdır. O ki qaldı, qışdan sonraya, əlbəttə güclənməliyik. Rəhbərliklə danışacağıq.

- Hazırda komandanın baş məşqçisi rəsmi olaraq Azər Haşımovdur. Komandanın baş məşqçisi ola-ola bu posta gəlməyiniz haqda fikriniz necədir?

- Daha çox konsentrasiya olmuşam oyunlara. Əminəm ki, tezliklə hər şey yoluna düşəcək.

- Əsas rəqiblərinizdən biri "Kəpəz"dir. Yevlax stadionu isə onlara da icarəyə verilib. Sizcə, bu etik cəhətdən doğrudur? Bu barədə rəhbərliklə danışıb, etiraz etdiniz?

- Bu mənə qədər verilmiş qərardır. Nəsə deyə bilmirəm. Ola bilsin ki, yanvarda rəhbərliklə bu haqda danışaq.

- Sizə elə gəlmir ki, futbolçularınızın texniki imkanları çox aşağıdır? Bir neçəsini çıxmaq şərtilə, digərlərinin Premyer Liqada oynamaq səviyyəsində deyil...

- Xeyr. Ola bilər ki, siz belə görürsüz. Rəqibin də təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr, açılmalar daha yaxşı səviyyədə olacaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi