SON DƏQİQƏ
Yaxın Şərqdəki gərgin vəziyyət səbəbindən Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan Formula 1 Qran-Prisinin taleyi qeyri-müəyyən olaraq qalır.
Sport1.az xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. Təşkilatçılar yarışı keçirmək niyyətindən imtina etməsələr də, mövcud vəziyyət səbəbindən mərhələnin ləğv olunması ehtimalı daha yüksək qiymətləndirilir.
Bu halda Formula 1-in cari mövsüm təqvimi 22 mərhələdən ibarət olacaq və apreldə yarış keçirilməyəcək.
Bildirilib ki, Səudiyyə Ərəbistanı mərhələsinə alternativ olaraq İtaliyanın İmola trasının variantı müzakirə olunsa da, həmin tarixdə Dünya Dözümlülük Çempionatının (WEC) raundu keçirildiyinə görə bu planın reallaşması mümkün deyil.