son dəqiqə SON DƏQİQƏ
“Neftçi”dən yeni transfer Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib -

Qazax mütəxəssis “Qarabağ”ın sirrini açdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 12-03-2026, 16:09

“Qarabağ”da təcrübə keçən Qazaxıstanın “Akas” klubunun baş məşqçisi Dovran Kenjaxunov Azərbaycan çempionu barədə fikirlərini bölüşüb


Sport1.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis bu barədə “ASnews.kz” portalına açıqlamasında danışıb. O bildirib ki, Ağdam təmsilçisində bir ay davam edəcək təcrübə proqramı çərçivəsində komandanın məşq prosesini yaxından izləyir.


34 yaşlı məşqçi “Qarabağ”da yüksək səviyyəli şəraitin yaradıldığını qeyd edib: “Klubda bizi çox səmimi qarşıladılar. Komanda ilə tanış olduq, bütün infrastrukturu göstərdilər və lazımi şərait yaratdılar. Burada hər şey yüksək səviyyədə təşkil olunub”.


Kenjaxunov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşünün də onun üçün maraqlı olduğunu vurğulayıb: “Onunla sakit və rəsmi atmosferdə tanış olduq. Qurban Qurbanov çox ciddi və lider xarakterli insandır. Hiss olunur ki, komanda daxilində böyük nüfuza malikdir”.


Qazaxıstanlı mütəxəssis əlavə edib ki, Azərbaycan çempionunun uğurları təsadüfi deyil: “Burada məşq prosesini və klubun iş prinsipini yaxından görəndə onların Avropada əldə etdiyi nəticələrin səbəbini daha yaxşı anlayırsan. “Qarabağ” həqiqətən də başqa səviyyədədir”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR