
Avropa çempionu İspaniya ilə Cənubi Amerika Kuboku qalibi Argentina arasında keçirilməsi planlaşdırılan Finalissima matçı Qətərdə baş tutmayacaq.
Sport1.az xəbər verir ki, bu barədə FIFA-nın oyun direktoru Əlişir Nikimbayev açıqlama verib.
O bildirib ki, qarşılaşmanın Dohada təşkil olunması ilə bağlı plan dəyişdirilib. Matçın nə Qətərdə keçiriləcəyi, nə də əvvəl nəzərdə tutulan tarixdə baş tutacağı gözlənilir.
Qeyd edək ki, İspaniya ilə Argentina arasında Finalissima oyununun martın 27-də Dohada keçirilməsi planlaşdırılırdı.