
"Hoffenhaym" yeni mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Bundesliqa klubu "Sankt-Qallen"dən Alessandro Voqtun keçidini həll edib.
Bundesliqa təmsilçisi 21 yaşlı forvard üçünb İsveçrə klubuna 2,7 milyon avro ödəyəcək. İsveçrəli futbolçu 1 iyul tarixində yeni komandasının düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Alessandro Voqt bu mövsüm "Sankt-Qallen"in heyətində keçirdiyi 32 oyunda 16 qol vurub, 5 qol ötürməsi edib.