
Azərbaycanda daha bir arena təmir olunacaq.
Sport1.az-a daxil olan məlumata görə, söhbət Ağsu şəhər stadionundan gedir. Arena aprelin 1-dən etibarən yenidənqurma işləri üçün fəaliyyətini dayandıracaq. Stadionda aparılacaq işlər əsasən infrastrukturun yaxşılaşdırılmasına yönələcək.
Məlumata görə, stadionun inzibati korpusu yenilənəcək, bina əsaslı təmir olunacaq. Həmçinin paltardəyişmə otaqları və digər daxili infrastrukturda dəyişikliklər həyata keçiriləcək.
Görülən işlərin məqsədi stadionu Premyer Liqa oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətə gətirməkdir.
Bildirək ki, stadionun ot örtüyü hazırda yüksək səviyyədədir və artıq UEFA tərəfindən müvafiq lisenziya alıb.