son dəqiqə SON DƏQİQƏ

Nadir Nəbiyev aşağı liqa klubunda futbola qayıtdı

Bölmə adı I Liqa
Yayımlandı 12-03-2026, 18:14

I Liqada çıxış edən “Şəfa” klubunda struktur dəyişikliyi baş verib.


Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi akademiya rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirib. Klubun qərarına əsasən, bu posta Nadir Nəbiyev gətirilib.


Keçmiş futbolçu uzun illər Azərbaycan futbolunda çıxış edib. O, karyerası ərzində “Neftçi”, “Turan” və “Xəzər Lənkəran” kimi komandaların formasını geyinib.


Nəbiyev eyni zamanda Azərbaycan milli komandasının da üzvü olub. Yeni vəzifəsində o, klubun aşağı yaş qruplarının inkişafına və akademiya sisteminin qurulmasına cavabdeh olacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR