son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Qvardiola: “Onların Çempionlar Liqası titulları bizim illərimizdən çoxdur”

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 11-03-2026, 22:19

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid”ə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.


Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin turnirdəki böyük təcrübəsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, komanda illər keçdikcə Avropanın ən nüfuzlu klub turnirində daha da inkişaf edib.


Qvardiola bildirib ki, əvvəllər belə güclü rəqiblərlə mübarizə aparmaq çətin görünürdü: “İlk illərdə tarixən böyük uğurlar qazanan “Real Madrid” kimi komandanı məğlub edə biləcəyimizi düşünmürdük. Biz Çempionlar Liqasında uzun illər çıxış edirik, amma bu rəqib turniri dəfələrlə qazanıb. Onların titullarının sayı bizim yarışda keçirdiyimiz illərdən də çoxdur”.


Təcrübəli məşqçi qeyd edib ki, zaman keçdikcə komanda öz gücünü daha yaxşı anlamağa başlayıb: “Əsas məsələ inkişafdır. İllər ərzində böyüdük və nədə yaxşı olduğumuzu dərk etdik. Klubda qurulan sistem və formalaşan mentalitet bizim üçün ən böyük uğurdur”.


Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma bu gün keçiriləcək. Cavab matçı isə martın 17-də baş tutacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR