son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 12-03-2026, 19:39

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.


Sport1.az xəbər verir ki, azarkeşlərin səsverməsinin nəticəsinə əsasən bu ada “Real”ın yarımmüdafiəçisi Federiko Valverde layiq görülüb.


Uruqvaylı futbolçu “Mançester Siti”yə qarşı keçirilən və Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda əsas qəhrəman olub. Valverde həmin görüşdə het-trik edərək komandasının uğurunda həlledici rol oynayıb. O, hər üç qolu matçın ilk hissəsində vurub.


Səsvermədə ikinci yeri “Atletiko”nun hücumçusu Xulian Alvares tutub. Üçüncü pillədə PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya qərarlaşıb. Dördüncü sırada isə “Bavariya”nın üzvü Maykl Olise yer alıb.


Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri martın 17 və 18-də keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR