
“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte “Ayaks”ın maraq dairəsindədir.
Sport1.az xəbər verir ki, bu barədə Niderlandın “Voetbal International” nəşri məlumat yayıb. Amsterdam təmsilçisi 24 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq variantını nəzərdən keçirir.
Uqarte özü də “Ayaks”a keçidə müsbət yanaşır. Lakin futbolçunun yüksək maaşı transfer prosesində əsas müzakirə mövzularından biri olaraq qalır. Tərəflər bu məsələ ətrafında razılıq əldə etməyə çalışır.
Xatırladaq ki, uruqvaylı yarımmüdafiəçi ilə bağlı daha əvvəl Türkiyənin “Qalatasaray” klubunun da maraq göstərdiyi bildirilirdi.