17:04 3.06.2025 144

“Qarabağ” regionda ilkə imza atdı

“Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşı olub.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının bir hissəsinə çevrilib.

“Qarabağ” Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda sıfır karbon emissiyasına keçidə dəstək verib.

Önəmli yeniliyə münasibət bildirən klubun prezidenti Tahir Gözel bu təşəbbüsə qoşulmaqla “Qarabağ”ın məsuliyyətinin daha da artdığını vurğulayıb: “Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq. Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır. Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar “Qarabağ”ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub. BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) “Qarabağ”ın dəvətini qəbul edərək alyansa qatılmaqla bağlı deklarasiya imzalayıblar.

“Qarabağ” Futbol Klubu bu addımı yüksək qiymətləndirən, klubun öhdəliklərinə, göstərdiyi cəhdlərinə müsbət cavab verən və üzvlüyə qəbul edən UNFCCC komandasına dərin təşəkkür edir.

COP29 çərçivəsində "Qarabağ"ın əməkdaşlıq etdiyi və klubun iqlim strategiyasını hazırlayan “Deloitte” şirkəti bu üzvlük prosesində, eləcə də lazımi kommunikasiya və sənədləşmə işlərinin həyata keçirilməsində mühüm rol oynayıb.

Qeyd edək ki, "Qarabağ" klubu bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb. Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:23

Daha bir futbolçu Dünya Çempionatında iştirak etməyəcək

23:50

Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

22:54

Dambrauskas: “Bu, mənim qərarımdır və qərarımın arxasındayam”

22:32

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

21:51

Tovuzda qollu sülh, “Sabah”dan inamlı qələbə - YENİLƏNİB

21:24

Kurban Berdıyev: “Əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi”

20:59

“Bavariya”nın futbolçusu PSJ ilə matçı buraxacaq

20:35

Rəşad Sadıqov: “Tovuz səfərində bir xal qazanmaq yaxşı nəticədir”

19:33

“Milan”da ciddi itki

19:18

Futzal üzrə Azərbaycan I Liqasında üçüncü yer və final oyununun tarixi açıqlanıb

18:58

“Sabah” - “Karvan-Yevlax” : HEYƏTLƏR

18:26

II Liqa: “Araz Saatlı” evdə, “Ağdaş” səfərdə qalib gəldi - YENİLƏNİB

18:05

Azərbaycan Kuboku: Final görüşünün vaxtı müəyyənləşdi

17:43

AFFA hakimlər üçün sessiya təşkil etdi

17:42

Azərbaycanın U-17 millisi Qazaxıstanı məğlub etdi

17:25

"Turan Tovuz" və "Zirə" komandalarının heyətləri açıqlandı

17:21

I Liqada turun hakimləri müəyyənləşdi

17:08

AFFA bu stadionu yeniləyir - FOTO

16:25

"Bu il "Prezident Kuboku"nda Çexiya, İsveç və Rumıniya kimi yeni ölkələr var"

16:19

Fərid Qayıbov: “Prezident Kuboku 2026” beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindiricidir”

15:27

Dünya Badminton Federasiyası oyunların dinamikasını artırmaq üçün yeni formatı təsdiqlədi

15:05

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroya yollandı

14:52

Ağdərədə beynəlxalq reqata başladı

14:14

AMADA rəsmisi beynəlxalq forumda

13:50

FIFA-nın dəstəyi ilə Lənkəranda festival

13:23

"Mançester Yunayted"in sabiq baş məşqçisi yeni mövsümdə fasilə vermək istəyir

13:08

"Real" La Liqanı məhkəməyə verdi

12:46

Məhsuldar ötürmələri ilə rekorda imza atdı

12:31

"Yuventus"un gözü "Atalanta"nın futbolçusuna düşüb

12:09

Dünyanın ən dəyərli klubları - TOP 10

11:33

"Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq"

11:22

"Çelsi"dən icarəyə götürülən futbolçu komandada saxlanılmayacaq

11:07

Türkiyə millisinin üzvü seçim edəcək: "Çelsi", "Fənərbağça" və "Yuventus"

10:49

Səfər qollarına görə rekorda imza atdılar

10:29

Dünya Kuboku: Azərbaycan təmsilçiləri 3 qızıl, 1 bürünc medal və komanda hesabında ikinci yer

10:07

Azərbaycan təmsilçiləri Avropa Kubokunu 6 medalla bitirdi

09:47

AFFA-nın bu Departamenti Rövşən Nəcəfin dediklərini qulaqardına vurur - YAZI

00:33

La Liqada çıxış etmiş hücumçu “Qarabağ”ın hədəfində - ÖZƏL

00:05

Millimiz 6-cı dəfə Avropa çempionu oldu

23:28

AÇ-nin son günündə 2 qızıl, 2 gümüş medal

22:56

Cəbrayıl Hacıyev: “Çempion olmaq istəyirdim”

22:41

Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirinin finalçıları məlum olub

21:55

Vitali Vernidub: “Hesaba görə azarkeşlərdən üzr istəyirəm”

21:40

Qurban Qurbanov: “Böyükhesablı qələbə futbolçulara rahatçılıq verə bilər”

20:51

Premyer Liqa: “Qarabağ”dan darmadağın - YENİLƏNİB

19:55

Boksçumuz Dünya Kubokunun qalibi olub

19:15

Azər Bağırov: “Səhvlər təkrarlanır”

18:51

Ayxan Abbasov: “Milliyə namizəd futbolçuların hamısı məni narahat edir”

18:26

II Liqa: XXIV tura start verilib - YENİLƏNİB

18:08

Avarçəkənlərimiz “Paolo d’Aloja” turnirində iki medal qazanıb - FOTO

17:37

Millimizin üzvü Qazaxıstan klubunda - RƏSMİ

16:39

ABL: “Sabah”ın finaldakı rəqibi bəlli oldu

15:35

ASİNF “Prezident Kuboku 2026” öncəsi Ağdərə sakinləri ilə görüş keçirib - FOTO

15:23

“Şamaxı” - “Kəpəz” : HEYƏTLƏR

15:13

Premyer Liqa klubu Elvin Cəfərquliyevlə danışıqlara başladı - ÖZƏL

13:47

İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”

13:13

Həddinizi bilin! - KÖŞƏ

12:23

Axundzadə oynamadı, komandası qalib gəldi

11:41

Xetaq Qazyumov ilin məşqçisi seçilib

10:56

Asiya Çempionlar Liqasının qalibi bəlli olub

10:20

Üç boksçumuz Dünya Kubokunun finalında

00:34

AFFA Dünya Çempionatında iştirak edəcək millinin məşqçisinə bu qədər pul ödəyir - ÖZƏL

00:07

Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

23:36

Naxçıvanda cüdo üzrə region birinciliyi keçirilib

22:47

4 güləşçimiz Avropa Çempionatının finalında

22:27

İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı

21:54

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib

21:33

Kaxaber Tsxadadze: “Olduğumuz yerə layiq deyilik”

20:49

Andrey Demçenko: “Texniki cəhətdən çatışmazlıqlar var”

20:35

“Neftçi” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi